Şəhid Həmidov Orxan İbrahim oğlunun anım günü qeyd edildi!
04 aprel 2026 | 11:07
Bu gün şəhid Həmidov Orxan İbrahim oğlunun anım günü qeyd edildi.
2016-ci il aprel döyüşlərinin qəhrəman şəhidi Həmidov Orxan İbrahim oğlunun məzarı Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Hafiz Misirli, YAP Füzuli Rayon Təşkilatının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Orxan Həmidov 1980-ci il 29 martda Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. 1998-ci il noyabr ayının 10-da hərbi xidmətə çağırılıb, hərbi xidməti başa vurandan sonra
isə 4 il ANAMA-da istehkamçı kimi çalışıb. 2014-cü ilin aprel ayından müddətdən artıq hərbi xidmətə başlayıb. Motoatıcı manqa komandiri vəzifəsində xidmət edib. Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan
təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Aprelin 4-ü isə Orxan Həmidov doğulduğu Füzuli rayonunun Əhmədalılar kəndində son mənzilə yola salındı.
Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.






