Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hilalov Araz Elburus oğlunun Anım günü qeyd edildi!

07 oktyabr 2024 | 10:44
06 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Hilalov Araz Elburus oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, rayon ictimaətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Araz Hilalov 1979-cu il aprelin 1-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.
1997-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 1999-cu ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışsa da, Vətən sevgisi Arazı yenidən ordu sıralarına qaytarıb. O, 2014-cü ildən könüllü olaraq Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb və müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb.
Araz 2016-cı il Aprel döyüşlərində iştirak edərək şücaəti ilə seçilib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Araz Hilalov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk döyüşə gedənlərdən olub. Cəbhənin yarılmasında və bir sıra yaşayış məntəqələrinin azad olunması uğrundakı döyüşlərdə Araz da qəhrəmancasına vuruşub. Araz Hilalov oktyabrın 5-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Araz Hilalov ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" odeni və "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi, iki övladı yadigar qalıb.
Keçidlər