Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Əlvan Qafar oğlunun ailəsi ziyarət olundu!

04 aprel 2026 | 11:18
2016-cı il Aprel döyüşlərinin onuncu il dönümü ərəfəsində Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhid Hüseynov Əlvan Qafar oğlunun ailəsi ziyarət olundu və sosial qayğıları ilə maraqlanıldı. Şəhidimizin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
"Əslən Füzuli rayonu Qaraxanbəyli kəndindən olan Əlvan Hüseynov 14 noyabr 1994-cü ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan olub.
Gizir Əlvan Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən aprel döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Əlvan Hüseynov həmin tarixdə dəfn olunmuşdur.
Əlvan Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir."
Keçidlər