Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Əlvan Qafar oğlunun anım günü qeyd edildi!

04 aprel 2026 | 11:21
u gün şəhid Hüseynov Əlvan Qafar oğlunun anım günü qeyd edildi.
2016-ci il aprel döyüşlərinin qəhrəman şəhidi Hüseynov Əlvan Qafar oğlunun məzarı Füzuli Rayon İcra Hakimiyyəti əməkdaşları, YAP Füzuli Rayon Təşkilatının nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşı, rayon ictimaiyyəti ilə birlikdə ziyarət olundu.
"Əslən Füzuli rayonu Qaraxanbəyli kəndindən olan Əlvan Hüseynov 14 noyabr 1994-cü ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan olub.
Gizir Əlvan Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən aprel döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Əlvan Hüseynov həmin tarixdə dəfn olunmuşdur.
Əlvan Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir."
Keçidlər