Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mikayılov Ülvi Bəhruz oğlunun anım mərasimi keçirildi!

22 sentyabr 2025 | 16:33
Füzuli Rayonunda antiterror əməliyyatı şəhidi Mikayılov Ülvi Bəhruz oğlunun anım mərasimi keçirildi.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda” medalına layiq görülən şəhid Mikayılov Ülvi Bəhruz oğlunun anım günü qeyd olundu. Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndində keçirilən anım mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli, Xocəvənd rayonları üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları, YAP Füzuli Rayon Təşkilatının sədri, Füzuli Rayon Təhsil Sektorunun və Füzuli Rayon Gənclər Evinin nümayəndələri, şəhid ailələri, qazilər, rayonun axundu və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əslən Füzuli şəhərindən olan Antiterror əməliyyatının qəhrəman şəhidi Ülvi Mikayılov 20 avqust 2004-cü ildə Bakı
şəhərində anadan olmuşdur. 2010-cu ildən 5-ci sinifi bitirənə qədər Bakı şəhərində yerləşən 2
saylı Füzuli şəhər məkətbində təhsil almışdır. 2015-ci ildən 11-ci sinifi bitirənə qədər isə Bakı
şəhərində yerləşən 48 saylı Füzuli şəhər məktəbində təhsil almışdır. Orta məktəbi oxuduğu dövrlərdə
Ülvi həvəskar olaraq bir neçə idman növləri ilə məşğul olmuşdur. Ülvi əsasən Boks, Kinboks və
Cüdo üzrə Resbuplika turnerlərində xüsusi yerlər tutaraq medallar və fəxri fərmanlarla təltif
olunmuşdur. 2022-ci ilin oktyabr ayının 26-da Ülvi Gəncə şəhərində yerləşən N saylı hərbi
hissəyə həqiqi hərbi xidmətə yollanmışdır. Ülvi 3 ay həmin hərbi hissədə qulluq edəndən sonra
xidmət yeri Goronboy rayonunda yerləşən N saylı hərbi hissəyə dəyişdirlimişdir. 2023-cü ilin
sentyabr ayının 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş
uğurlu lokal antiterror tədbirləri zamanı gedən döyüş əməliyyatlarında Ülvi igidliklə iştirak etmiş və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Ülvi Mikayılov ölümündən sonra 3-cü
dərəcəli " Vətənə xidmətə görə " ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza və ordumuzun hər bir hərbi qulluqçusuna isə can sağlıği arzulayırıq.
Keçidlər