Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Misirli Fərid Eldəniz oğlunun Anım günü qeyd edildi!

11 oktyabr 2024 | 17:02
11 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Misirli Fərid Eldəniz oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Fərid Misirli 2001-ci il yanvarın 1-i Füzulidə anadan olub. 11 yanvar 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin İyul ayında həqiqi hərbi xidmətini bitirib. 1 sentyabr 2020-ci ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə başlayıb
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fərid Misirli Füzuli, Cəbrayıl döyüşlərində igidliklə savaşmışdır 8 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmdir. Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşcü medalları ilə təltif olunmuşdur.
Subay idi.
Keçidlər