Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qardaşxanov Qismət Qərib oğlunun Anım günü qeyd edildi!

05 oktyabr 2024 | 11:32
05 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Qardaşxanov Qismət Qərib oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, 1993-cü il avqustun 30-da Füzuli rayonun Birinci Mahmudlu kəndində anadan olan Qismət uşaqlıq illərini də elə cəbhə rayonunda keçirərək vətənpərvər ruhda yaşa dolub. O, yeniyetmə çağlarında belə torpağa Vətənə bağlı olması ilə seçilib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Qismət xidməti dövründə də nizamlı əsgər olaraq seçilib. Xidmətini bitirdikdən sonra hərbçi olmaq arzusu ilə yaşayan Qismət müddətdən artıq xidmətçi olaraq Vətən keşiyində dayanıb. Əks hücumlar zamanı Qismət də ön sıralarda döyüşə qoşulub. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə mərdliyi və qorxmazlığı ilə seçilən Qismət əsl qəhrəman kimi torpaqlarımızın azad edilməsi uğrunda mərdliklə vuruşub. Oktyabr ayının 5-də gərgin döyüşlər zamanı Qismət şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "Vətən uğurunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın işğaldan azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid Qismət Qardaşxanov ailəli olub, iki övladı yadigar qalıb.
Keçidlər