Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qasımov Orxan Rizvan oğlunun anım günündə ailəsi və məzarı ziyarət olundu!

28 sentyabr 2025 | 14:20
44 günlük Vətən Müharibəsinin şəhidi Qasımov Orxan Rizvan oğlunun anım günündə ailəsi və məzarı Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Qasımov Orxan Rizvan oğlu 21.01.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əslən Füzuli rayonun Qacar kəndindəndir. 2002-ci ildə Bakı şəhərində yerləşən Ağdam rayon 36 nömrəli tam orta məktəbə daxil olmuş, 2008-ci ildə isə təhsilini Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 296 saylı tam orta məktəbdə davam etdirmişdir. 2013-cü ildə məktəbi bitirib Azərbaycan Dövlət Neft və Sənaye universitetinə qəbul olmuşdur. 2017-ci ildə ali təhsilini başa vurub həqiqi hərbi xidmətə yollanmışdır. Vətən müharibəsi başlananda könüllü olaraq pm cəbhədə döyüş əməliyyatlarında döyüşmüşdür. Vətən müharibəsində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən O.Qasımov qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Orxan Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əlavə olaraq bildiririk ki, şəhidimizin ailəsi Bakı şəhərində yaşayır.
 
 
 
 
 
 
 
 
Keçidlər