Şəhid Qurbanov Büsat Əfsər oğlunun Anım günü qeyd edildi!
11 oktyabr 2024 | 09:13
10 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Qurbanov Büsat Əfsər oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, 2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açan Büsat orta məktəb illərində də vətənpərvərliyi ilə seçilib. Ruh yüksəkliyi ilə hərbi xidmətə yollanan Büsat hərbi xidmətini bitirdikdən sonra yenidən orduda qalaraq, müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb.
Döyüşlər başlayan ilk gündən Vətən müharibəsində iştirak edən Büsat igidliyi və qəhrəmanlığı ilə seçilib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşaraq düşmən sədlərinin yarılmasında və kəndlərin azad olunmasında igidlik göstərib. Büsat Füzuli uğrunda gedən gərgin döyüşlər zamanı oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Büsat Qutbanov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşcü medalları ilə təltif olunmuşdur.
Subay idi.