Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəhimov Elvin Ehtiram oğlunun Anım günü qeyd edildi

06 noyabr 2024 | 09:51
 
05 noyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Rəhimov Elvin Ehtiram oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, idarə-müəssələrin rəhbərləri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, döyüş yoldaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki,1991-ci il noyabrın 20-də Füzuli rayonunun Zərgər kəndində anadan olan Elvin iki yaşında ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçkün düşüb. Yeniyetmə çağlarında Elvin hərbi liseyə daxil olub. Daha sonra ali hərbi məktəbi bitirərək kəşfiyyatçı kimi xidmətə başlayıb. Həmçinin Elvin bir çox xüsusi təlimləri müvəffəqiyyətlə başa vuraraq Xüsusi Təyinatlı Kəşfiyyatçı olaraq Vətən keşiyində dayanıb. Elvin rus, ingilis və erməni dillərini bilirdi.
Vətən müharibəsində xüsusi xidməti ilə seçilən Elvin bir çox uğurlu tapşırıqlarda iştirak edərək Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Noyabrın 4-də Şuşa istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Baş-leytenant Rəhimov Elvin Ehtiaram oğlunn tölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Əlavə olaraq qeyd edək ki, şəhidimiz Elvin Rəhimov evli idi, bir övladı yadigar qalıb.
Keçidlər