Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rzazadə Fərhad Mirzə oğlunun Anım günü qeyd edildi

14 oktyabr 2024 | 17:22
Şəhid Rzazadə Fərhad Mirzə oğlunun Anım günü qeyd edildi.
14 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Rzazadə Fərhad Mirzə oğlunun məzarı və ailəsi Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova və Füzuli RİH -nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, idarə-müəssələrin rəhbərləri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, döyüş yoldaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, 2001-ci il dekabrın 12-də Füzulinin Bala Bəhmənli kəndində anadan olan Fərhad hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilib. Məktəbi bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Uğurlu xidmətinə Xüsusi Təyinatlı Qüvvələrə seçilib. Vətən müharibəsində Murov dağ və Füzuli istiqamətində gedən döyüşlərdə böyük igidliklə iştirak etmişdir.
Fərhad oktyabrın 3-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”,
Keçidlər