Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Səyyar Quliyevin ailəsi ziyarət olundu!

04 aprel 2026 | 11:17
016-cı il Aprel döyüşlərinin onuncu il dönümü ərəfəsində Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev, rayon ziyalılar, ağsaqqları və ictimaiyyət nümayəndələr tərəfindən şəhid Səyyar Quliyevin ailəsi ziyarət olundu və sosial qayğıları ilə maraqlanıldı. Şəhidimizin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Səyyar Quliyev 13 noyabr 1986-cı ildə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olub. Səyyar tam orta məktəbi bitirəndən sonra, 2006-cı
ildə həqiqi hərbi xidmətə yollanmışdı. Hqəqi hərbi xidməti bitirdikdən sonra
Füzuli rayonunda mühafizə polisində işə düzəlsə də, orduda
xidmət etmək istəyirdi. 2014-cü ilin yay aylarında könüllü olaraq yenidən ordu sıralarına yazılaraq ön cəbhədə qulluq etməyə başlamışdır. Kiçik çavuş Səyyar Quliyev
2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş
verən "Aprel döyüşləri" zamanı böyük igidlik göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Səyyar Quliyev 04 aprel 2016-cı il tarixində Füzuli rayonu Aşağı Yağlıvənd kənd qəbirstanlığında dəfn edilmişdir.
Səyyar Quliyev ölümündən sonra
göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə
təltif edilmişdir.
2016-cı ilin 20 sentyabr günündə Səyyar Quliyevin ölümündən sonra Zeynəb adında
qız övladı dünyaya gəlmişdir.
Keçidlər