Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Teymurlu Mirrahil Ramiz oğlunun Anım günü qeyd edildi.

10 oktyabr 2024 | 11:49
09 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Teymurlu Mirrahil Ramiz oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, 16 oktyabr 1991-ci ildə Füzuli rayon Mahmudlu-1 kəndində dünyaya göz açan Mirrahil hələ uşaq yaşlarından hərbiyə böyük maraq göstərib. Həqiqi hərbi xidmətində də nizam-intizamı ilə seçilib. Xidmətini bitirdikdən sonra Mirrahil ANAMA-nın minaaxtarma vəzifəsində işə başlayıb. Lakin onun hərbiyə olan marağı tükənmək bilmədiyi üçün 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayaraq Vətənin keşiyində dayanıb. Hərb sirlərinə peşəkarcasına yiyələnən Mirrahil tank bölüyünün baş mexanik sürücüsü olub. Düşmən təxribatına qarşı başlanan əks-hücumda ilk döyüşə girənlər sırasında Mirrahil də olub və cəbhənin yarılmasında şücaəti ilə seçilib. Mirrahil Füzuli rayonu ərazisində hərbi əməliyyatlar zamanı döyüş meydanında döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Mirrahil Teymurlu ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşcü” medalları ilə təltif edilib. Subay idi.
Keçidlər