Şəhidlərimizin məzarları ziyarət olundu!
18 mart 2025 | 09:53
Vətən torpaqlarının azadlığı və ərazi bütövlüyünün təmin edilməsində öz canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Elə bu məqsədlə Novruz bayramı ərəfəsində Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun ziyalıları, ağsaqqalları və ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlərin məzarları ziyarət olunaraq ruhlarına dualar oxundu.