Şirvan şəhərində müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!
Füzuli Rayon İcra hakimiyyəti başçısı Alı Alıyev 11.01.2024-ci il tarixdə Şirvan şəhərində müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları və Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli rayonunun bütün yaşayış məntəqələrində, eləcə də Respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayon sakinləri ilə mütamadi səyyar görüşlər keçirilir.
Səyyar qəbulda Füzuli rayonunun müxtəlif yaşayış məntəqələrində qeydiyyatda olan vətəndaşların müraciətləri dinlənildi. RİH başçısı Alı Alıyev vətandaşların müraciətlərinin həlli ilə bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdi. Həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı isə RİH başçısı tərəfindən vətəndaşlara qanunamüvafiq izahatlar verildi.