Şirvan şəhərində müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 07.04.2026-cı il tarixdə Şirvan şəhərində müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Şirvan şəhərində müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
RİH başçısı Alı Alıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə, eləcədə Füzuli rayonunda aparılan tikinti-quruculuq işlərindən bəhs etdi.
Daha sonra rayon rəhbəri tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Vətəndaşların əsasən "Böyük Qayıdış" planı ilə bağlı suallarına RİH rəhbəri tərəfindən müvafiq izahatlar verildi.






