"Su ehtiyyatlarından səmərəli istifadənini təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi" adlı tədbir keçirildi!
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncam ilə təsdiq edilmiş “Tədbirlər planının” 3.2-ci bəndinə əasasən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı əsasında Füzuli rayonunda su ehtiyyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə 24.04.2024-cü il tarixdə tədbir keçirildi.
Tədbirdə Füzuli rayonunun Mollaməhərrəmli kəndində Füzuli Suvarma Sistemləri İdarəsinin balansında olan uzun müddətdir təmizlənməyən, ümumi uzunluğu 300 metr olan Mollaməhərrəmli-1 su arxının ötürücülüyünün artırılması və suvarma suyunun itkisinin qarşısının alınması məqsədilə yabanı bitkilərdən, lildən təmizləndi.
Bununla təmizlənmiş suvarma arxı vasitəsi ilə 20.0 ha əkin sahəsi, 86 ailənin həyətyanı sahəsi, yol kənarında əkilmiş 200 ədəd Xan çinarın və digər dekorativ kol bitkilərinin heç bir su itkisinə yol verilmədən vaxtlı-vaxtında suvarma suyu ilə təminatı həyata keçiriləcəkdir.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Teymurov, Füzuli RİH-nin əməkdaşları, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin və Füzuli Suvarma Sistemləri İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak etdilər.