"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində qanvermə aksiyası keçirildi!
02 dekabr 2023 | 09:01
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsi, Füzuli Rayon İcra Hakimiyyəti və Füzuli Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirildi. Füzuli Tibb Mərkəzində keçirilən aksiyada 200-ə yaxın Füzuli sakini könüllü qan vermək üçün müraciət etdi. Müvafiq tibbi yoxlamalar aparıldıqdan sonra müraciət edən 104 nəfərdən qan götürüldü.