Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb İşçilərinin Peşə Bayramı qeyd edildi!

17 iyun 2025 | 09:17
Hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Bu münasibətlə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli MRX PHŞ –nin direktoru Elçin Qurbanov və bir qrup tibb işçisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər.
Daha sonra Füzuli Tibb Mərkəzinin akt zalında “17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür” adlı tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, həkimlər və orta tibb işçiləri iştirak etdilər.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Elçin Qurbanov qonaqları salamladı, tədbirin mahiyyəti barədə məlumat verdi və bütün səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi.
Tədbirdə Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizə birinci və ikinci rəhbərliyi dövrü Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğısından bəhs etdi. Hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan səhiyyəsinin çox böyük inkişaf yolu keçdiyini, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirildiyini, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaratdığını diqqətə çatdıran Gülbahar Eyvazova bütün tibb işçilərini peşə bayramları münasibəti ilə ürəkdən təbrik etdi, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı.
Daha sonra həkimlərdən Zülfiqar Əliyev və Asəf Hüseynov çıxış etdilər.
Sonda Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olundu.
Keçidlər