Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirildi

20 may 2023 | 11:25

“Heydər Əliyev ili” çərçivəsində “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirildi.

Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, rayon ziyalıları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Konfransda Füzuli RİH-nin başçısı Alı Alıyev geniş məruzə ilə çıxış etdi. Daha sonra YAP rayon təşkilatının sədri Almaz Həşimova, Vətən müharibəsi şəhidi Cəfərli Əli İsa oğlunun anası Sevinc Əhmədova, Vətən müharibəsi qazisi Anar Azadov çıxış etdilər.

Keçidlər