Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlət qadın siyasəti” adlı tədbir keçirildi!

06 mart 2026 | 16:06
Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının və Füzuli Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli RİH-nin, YAP Füzuli rayon təşkilatının , Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları və digər rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan bir qrup qadınlar iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı videoçarx izlənildi.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı çıxış edərək
Azərbaycan dövlətində qadın siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Ümummilli Liderin rəhbərliyi dövründə qadınların cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakına geniş imkanlar yaradıldığını, onların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı. Bu siyasət bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Ülkər Bayramlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının humanizm, mərhəmət və yüksək mənəvi dəyərlərini bütün dünyaya nümayiş etdirildiyini vurğuladı. Ülkər bayramlı çıxışının sonunda 8 Mart Beynəlxalq qanınlar münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.
Digər çıxış edənlər Azərbaycan qadınlarının ölkənin ictimai, siyasi və mədəni həyatında mühüm rol oynadığı, Vətən müharibəsi dövründə isə onların həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərdiklərini diqqətə çatdıraraq, qadınların cəmiyyətin inkişafındakı əvəzsiz rolundan bəhs etdilər. Tədbirin sonunda natiqlər iştirakçıları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
 
 
 
 
 
 
 
 
 
Keçidlər