Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirildi !

27 noyabr 2023 | 14:45

Horadiz şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirildi. Füzuli RİH-nin təşkilatçılığı ilə keçirilən aksiyada Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Ağacəkmə aksiyası zamanı Horadiz şəhəri ərazisində salınmış yaşıllıq zolağında 100 ədəd Eldar şamı və sərv ağacları əkildi. Yeni əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərildi.

Keçidlər