Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii-musiqili tədbir keçirildi !

11 may 2023 | 10:44

10 may 2023-cü il tarixdə Horadiz şəhərində yerləşən “Heydər Parkı”nda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş bədii-müsiqili tədbir keçirildi. Tədbirdə Füzuli RİH başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Bədii-müsiqili tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra müxtəlif respublika və beynəlxalq müsabiqələr qalibi olmuş mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə ifalar təqdim olundu.
Tədbirin gedişində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən müxtəlif audio və video materiallar nümayiş olundu, bədii qirayət müsabiqələrinin qalibi olmuş rayon məktəbliləri Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirdilər.
Yüksək əhval-ruhiyyə ilə keçən konsert böyük atəşfəşanlıqla yekunlaşdı.

Keçidlər