Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi !
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup ziyalı, şəhid ailələri və qazilər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər.Daha sonra Füzuli rayon Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan və kitablardan ibarət sərgiyə baxış keçirildi.
Füzuli rayon Heydər Əliyev Mərkəzinin iclas zalında keçirilən rəsmi yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)” haqqında məruzəsini təqdim etdi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ”Əsrin adamı” filmi nümayiş olundu.