Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev: Müasir Azərbaycanın Memarı” adlı tədbir keçirildi!

10 may 2026 | 15:29
Füzuli rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev: Müasir Azərbaycanın Memarı” adlı tədbir keçirildi.
Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının, QRTİ-nin Füzuli və Xocəvənda rayonları üzrə təhsil sektorunun və Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Ağsaqqallar Şurasının sədri Zülfiqar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Füzuli Mərkəzi Rayon Xəstəxanasının kollektivi, şəhid ailələri, qazilər, hərbiçilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, ziyalılar, ağsaqqallar, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi və ziyalılarla birlikdə,Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsinə ehtiramlarını ifadə etdilər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Füzuli rayonuna etdiyi səfərləri əks etdirən fotoşəkillər və rəsm əsərlərindən ibarət sərgiyə, həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixi abidələri əks etdirən maketlərə baxış keçirildi.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi və Ulu Öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, ölkənin hərtərəfli inkişafı üçün atdığı mühüm addımlar, bütün fəaliyyəti dövründə azərbaycançılıq ideologiyasına xidməti barədə geniş məlumat verdi. Ulu Öndərin Füzuli rayonuna səfərləri haqqında ətraflı söhbət açan Alı Alıyev, müasir Azərbaycanın bütün sahələrdə inkişafının, diplomatik uğurların, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Zəfərin təməlində məhz Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını bir daha vurğuladı. Həmçinin Alı Alıyev çıxışında Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən rayonda təhsil, sosial infrastrukt və mədəniyyət sahələrində reallaşdırılan lahiyələrsakinlərin rifahının yüksəldilməsinə və bölgənin sürətli inkişafına mühüm töhfə verdiyini bildirdi.
YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Azərbaycanın xilaskarı Heydər Əliyevin bütün ömrünü ölkəsinə, Azərbaycan xalqına həsr etdiyindən, Müstəqil Azərbaycanın qurulması və inkişafı naminə yorulmaz fəaliyyətindən söz açdı. Nazimə Şamıyeva ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin respublikamızı işıqlı gələcəyə apardığını bir daha diqqətə çatdırdı.
YAP rayon təşkilatının veteran üzvü Almaz Həşimova çıxış edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən Müstəqil Azərbaycanın bütün sahələrdə əsası qoyulmuş başlanğıclarının bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən danışdı.
Daha sonra Vətən müharibəsi qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov, Füzuli rayonu E.Piriyev adına Böyük Bəhmənli kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Solmaz Qənimətli və Füzuli MRX-nin PHŞ-nin şöbə müdiri, həkim Ruhəngiz Quliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyev tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və cəmiyyətin birliyinə verdiyi böyük töhfələrdən, təhsil, səhiyyə və digər sahələrin inkişafı üçün göstərdiyi diqqət və qayğıdan danışdılar.
Sonra bir qrup şəxsə Yeni Azərbaycan Partiyasının vəsiqəsi təqdim olundu.
Tədbir bədii proqramla davam etdirildi. Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı iştirakçılara təqdim edildi.
Keçidlər