Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə ehsan süfrəsi təşkil olundu!
12 dekabr 2025 | 15:43
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə açılan ehsan süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs etdi, müasir, müstəqil Azərbaycanın qazandığı bütün uğurların mənbəyində Ulu Öndər Heydər Əliyev siyasəti dayandığını bir daha vurğuladı. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını diqqətə çatdıran Alı Alıyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Ulu Öndərin həmişəyaşar ideyalarına söykənərək gündən-günə inkişaf edən, böyük hərbi gücə və iqtisadi potensiala malik demokratik bir ölkə kimi öz müstəqilliyini, suverenliyini əbədi olaraq qoruyub saxlayacağına, daim inkişaf edəcəyinə qəti əminlik ifadə etdi və Allahdan Ulu Öndər Heydər Əliyevə və bütün şəhidlərimizə rəhmətlər dilədi.
Daha sonra Füzuli Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, şəhid atası Amil Zalov, Vətən müharibəsi qazisi İbrahim Həsənov , Ulu Öndər Heydər Əliyevlə şəxsən görüşmüş rayon ağsaqqallarından İbiş Səfərov, Bayandur Şirinov və Sevindik İsmayılov çıxış etdilər. Çıxışçılar Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşdülər və Allahdan Ulu Öndər Heydər Əliyevə və bütün şəhidlərimizə rəhmətlər dilədilər.






