Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibəti ilə dəyirmi masa keçirildi!

15 iyul 2024 | 09:46
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbycanda 1969-cu il 14 iyul tarixində ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibəti ilə “Müstəqil Azərbaycanın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub” adlı dəyirmi masa keçirildi. Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülərək əziz xatirəsinə dərin ehtiram ifadə edildi.
Daha sonra Dövlət Himni səsləndi və Ulu Öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il tarixinin müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil etdiyini, məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandığını diqqətə çatdırdı. Müasir, müstəqil Azərbaycanın möhkəm təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bir daha vurğulayan Alı Alıyev, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bütün uğurların, eləcə də Böyük Zəfərin mənbəyində məhz Heydər Əliyev siyasətinin dayandığını bildirdi.
Daha sonra Füzuli rayon prokuroru Ramiz Əliyev, QRTİ Füzuli rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova, Vətən müharibəsi qazisi Vüqar Nəbiyev mövzu ətrafında çıxış etdilər.
Sonda “Müstəqil Azərbaycanın təməlinin qoyulduğu gün” adlı videoçarx nümayiş olundu.
Keçidlər