Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehsan süfrəsi təşkil edildi!
12 dekabr 2024-cü il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olundu.
“Təbriz” şadlıq sarayında ümumilikdə 300 nəfərin iştirakı ilə keçirilən mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, YAP Füzuli rayon təşkilatının rəhbərliyi, din xadimləri, ağsaqqallar, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu öndərin əziz xatirəsinə, ruhuna müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsi oxundu. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.
Daha sonra Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açıldı.
Tədbir zamanı edilən çıxışlarda, nümayiş olunan video və audio materiallarda Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Azərbaycanı böyük Zəfərə qovuşduran və işıqlı gələcəyə aparan siyasətindən bəhs olundu, Allahdan Ümummilli Lider Heydər Əliyevə rəhmətlər diləndi.