Şriftin ölçüsü :

Saytın rəngi :

"Ulu Öndərin musiqi sevgisi" adlı tədbir keçirildi!

19 sentyabr 2023 | 09:03
Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Horadiz şəhər Muğam Mərkəzində Milli Musiqi Günü ilə əlaqədar "Ulu Öndərin musiqi sevgisi" adlı tədbir keçirildi.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Davamında Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Gülbahar xanım Eyvazova çıxış edərək milli musiqimizin tarixindən və Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs etdi.
Tədbirin gedişində Füzuli rayonunun incəsənət ustalarının ifasında səsləndirilən musiqi nömrələri tamaşaçılar tərəfindən geniş maraq və alqışlarla qarşılandı.
Keçidlər