Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümümmilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirildi!

12 noyabr 2025 | 17:24
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində 12 noyabr- Konstitusiya gününə həsr edilmiş “Ümümmilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirildi. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ziyalılar iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Daha sonra tədbir açıq elan edildi və Dövlət Himni səsləndi. Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edildiyini, Dövlətin Əsas Qanununun 1995-ci il noyabrın 27-də qüvvəyə mindiyini, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın qəbul edilməsinin ölkənin gələcək inkişafı naminə atılmış ən mühüm addımlardan olduğunu diqqətə çatdırdı. Alı Alıyev Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinin müasir dövlətçilik tariximizə, qanunlarımıza, eləcə də əldə edilən böyük Zəfərə verilən ən yüksək dəyər olduğunu bir daha vurğuladı.
Daha sonra Füzuli rayon Məhkəməsinin sədri Elmir Hüseynov, Füzuli rayon prokurorluğunun müstəntiqi Elsun Məstanov, Füzuli Rayon Polis Şöbəsinin rəis müavini Nəsrəddin Orucov çıxış etdilər. Çıxışçılar müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının insan hüquq və azadlıqlarının ən yüksək şəkildə qorunduğu ali qanunvericilik aktı, eləcə də qanunvericilik bazasının formalaşdırılması üçün əsas mənbə olduğunu, ölkəmizdə bütün sahələrdə olduğu kimi hüquqi bazanın möhkəmləndirilməsi sahəsində də uğurlu islahatların aparıldığını diqqətə çatdırdılar.
Sonda mövzuya uyğun hazırlanmış videoçarx nümayiş olundu.
Keçidlər