Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı!

12 dekabr 2023 | 17:12

12 dekabr - Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü keçirildi. Hər il olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin Horadiz şəhərində adını daşıdığı parkda abidəsi böyük izdihamla ziyarət olundu. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və RİH əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyava, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından başlayaraq Heydər Əliyev adına parka gələrək, Ulu Öndərin abidəsini ziyarət etdilər, abidə önünə gül-çiçək dəstələri düzdülər.

Keçidlər