Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirildi!
04 aprel 2026 | 17:08
Füzuli Rayon İcra Hakimiyyətində Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirilmişdir. İclasda rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində təhsildən yayınma hallarının mövcud vəziyyəti və səbəbləri müzakirə olunmuş, aidiyyəti qurumların məlumatları dinlənilmişdir. Qeyd edilmişdir ki, bəzi hallarda məsul şəxslərin nəzarətinin zəifliyi şagirdlərin dərsdən yayınması səbəb olur.
Komissiya üzvləri tərəfindən bu halların aradan qaldırılması üçün risk qrupuna daxil olan uşaqların müəyyən edilməsi, valideynlərlə maarifləndirmə işlərinin gücləndirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın artırılması, mütəmadi monitoriqlərin keçrilməsi kimi tədbirlər təklif olunmuşdur. İclasın sonunda qeyd olunan problemlərin həlli istiqamətində konkret tapşırıqları əhatə edən qərar qəbul edilmişdir.






