Şriftin ölçüsü :

Saytın rəngi :

“Valideyn himayəsindən məhrum olmuş uşaqların mənzillə təminatı proseduru” adlı maarifləndirici tədbir keçirildi!

28 dekabr 2023 | 14:45
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətlərin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.3.2 yarımbəndinin icrasını təmin etmək məqsədilə Füzuli rayonunda “Valideyn himayəsindən məhrum olmuş uşaqların mənzillə təminatı proseduru” adlı tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin və ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının birgə təşkilatçılığı ilə, Füzuli rayon M.Xəzani adına İnternat tipli gimnaziyada keçirilən tədbirdə təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər, gənclər, könüllülər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin, eləcə də sosial siyasətin hazırda Prezident cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Daha sonra ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının müdiri Elnur Həsənov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi və çətin şəraitdə yaşayan, valideyn himayəsindən məhrum olan, valideynlərini itirən, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən sosial xidmətlər haqqında ətraflı məlumat verdi. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara lazımi hüquqi izahat verildi.
Keçidlər