Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin mülki şəhidi Qəhrəmanov Üzeyir Xəlil oğlunun məzarı və ailəsi ziyarət olundu!

02 dekabr 2025 | 14:22
Bu gün şəhid Qəhrəmanov Üzeyir Xəlil oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin mülki şəhidi Qəhrəmanov Üzeyir Xəlil oğlunun məzarı və ailəsi anım günündə Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova və Füzuli RİH-nin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, rayon ictimaəti, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Qəhrəmanov Üzeyir Xəlil oğlu 22.02.1969-cu ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. 1976-cı ildə Bala Bəhmənli kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 1986-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1988-cu ildə həqiqi hərbi xidmətə yollanıb, 1989-cu ildə hərbi xidmətini başa vurmuşdur. 2018-ci ildən Füzuli GEM də işləyib. 44 Günlük vətən müharibəsində 30.09.2020-ci il tarixdən təcili yardım maşını ilə könüllü olaraq döyüş bölgələrindən yaralıların və şəhidlərin daşınmasında iştirak etmişdir. 22.11.2020-ci il tarixdə Qubadlı, Laçın istiqamətində hərbiçilərə ərzaq və geyim apararkən düşmənin qurduğu minaya düşərək şəhid olmuşdur. Üzeyirin nəşi 30.11.2020-ci ildə ailəsinə təhvil verilmişdir.
Əlavə edək ki, şəhidimizin 3 (üç) övladı yadigar qalıb.
Keçidlər