Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin mülki şəhidi Quliyev Emil Elşad oğlunun məzarı və ailəsi ziyarət olundu!

04 oktyabr 2025 | 14:23
Bu gün mülki şəhid Quliyev Emil Elşad oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin mülki şəhidi Quliyev Emil Elşad oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Quliyev Emil Elşad oğlu 14 fevral 2000-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Vətən Müharibəsi zamanı Horadiz şəhərində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin mühafizəçi əməkdaşı olub. 04 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Horadiz şəhərini artireliya atəşinə tutması nəticəsində şəhid olmuşdur.
Keçidlər