Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Abbasov İlham Əli oğlunun məzarı və ailəsi ziyarət olundu!

17 noyabr 2025 | 14:55
Bu gün şəhid Abbasov İlham Əli oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Abbasov İlham Əli oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd, qəsəbə sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Əslən Füzuli rayonu Dilağarda kəndindən olan İlham Abbasov 2000-ci il martın 13-də Bilasuvar rayonu İkinci Çadır şəhərciyində anadan olub. 2003-cü ildə ailəsi ilə birlikdə Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsinə köçüblər. 2006-2017-ci illərdə 3 saylı Qayıdış qəsəbə tam orta məktəbində təhsil alıbdır. Məktəbdə təhsil aldığı illərdə öz nizam-intizamı ilə hər zaman seçilibdir.
2018-ci ilin aprel ayında Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə yollanıb, 2019-cu ilin oktyabr ayında hərbi xidməti fərqlənmə ilə başa vuraraq ordu sıralarından təxris olunmuşdur. 2020-ci ilin aprel ayında könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə yenidən hərbi xidmətə yollanır.
Azərbaycan Ordusunda BMP-tuşlayıcı əsgəri olan, İlham Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaətlə savaşıb. İlham Abbasov sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Keçidlər