Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Ağayev Elmir Rasim oğlunun məzarı və ailəsi ziyarət olundu!

25 noyabr 2025 | 13:14
Bu gün şəhid Ağayev Elmir Rasim oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Ağayev Elmir Rasim oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd, qəsəbə sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Ağayev Elmir Rasim oğlu 1991-ci il mayın 19-da Füzuli rayonunun Horadiz kəndində anadan olub. Elmir ailəsi ilə birlikdə mənfur düşmən ermənilərin torpaqlarımızın işğalı ilə əlaqədar məcburi köçkün kimi İmişli rayonunda yerləşən Çadır şəhərciyində məskunlaşmışlar. 1997-ci ildə həmin şəhərcikdə yerləşən 23 N-li orta məktəbin 1-ci sinifə daxil olub. Şəhidimiz valdeyinləri ilə birlildə 2004-cü ildə Füzuli rayonunda məcburi köçkünlər üçün tikilmiş 6 saylı Qayıdış qəsəbəsinə köçüblər. Qəhrəman Şəhidimiz Elmir 6-cı sinifdən 11-ci sinifə kimi Füzuli rayonu 6 saylı Qayıdış qəsəbəsində yerləşən 1 N-li tam orta məktəbi oxuyub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra, 2009-cu ilin iyun ayında Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə yollanır. 3 aydan sonra xidmətini Daxili Qoşunların Quba rayonunda yerləşən N saylı hərbi hissəsində davam etdirir. 2011-ci ilin yanvar ayında həqiqi hərbi xidməti müvəffəqiyyətlə başa vuraraq, öz doğma yurduna dönür. Elmir bir neçə il qəsəbədə şəxsi təsərüfatla məşğul olur. 2016-cı ildə aprel döyüşləri Elmirdə vətənpərvərlik ruhunu dahada artırır. 2016-cı ilin dekabrında könüllü olaraq yenidən Füzuli rayonunda yerləşən N saylı hərbi hissəyə sürücü-müxanik vəzifəsində hərbi xidmətə qayıdır.
Azərbaycan Ordusunun əsgəri olan Elmir Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük igidliklə savaşmışdır. Döyüşlərdə vəzifəsinin sürücü-mexanik olmasına baxmayaraq əlinə silah alaraq Elmir öz tağımı ilə birlikdə işğal altında olan torpaqlarımızın azad olunmasında, ön cəbhənin yarılmasında xüsusi ilə fərqlənmişdir. Vətən müharibəsi bitənə qədər Elmir torpaqlarımızın işğaldan azad olunmasında böyük igidliklər göstərmişdir. Elmir Ağayev 24 noyabr 2020-ci il tarixində Füzuli rayonunda xidməti vəsifəsi yerinə yetirərkən şəhid olmuşdur. 24 noyabr 2020-ci ildə Füzuli rayonu Horadiz şəhər qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elmir Ağayev "Xocəvəndin işğaldan azad olunmasına görə" və "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər