Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Babayev Fariz Zakir oğlunun məzarı və ailəsi ziyarət olundu!

03 noyabr 2025 | 16:06
Bu gün şəhid Babayev Fariz Zakir oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Babayev Fariz Zakir oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçilər, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Fariz Babayev 1984-cü il fevralın 15-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.
Azərbaycan Ordusunun çavuşu olan Fariz Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaətlə iştirak edib. Fariz Babayev noyabrın 3-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Fariz Babayev ölümündən sonra "Vətən uğrunda","Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əlavə olaraq qeyd edək ki, şəhidimiz Fariz Babayev evli olub iki övladı yadigar qalıb.
 
 
 
 
 
 
 
 
Keçidlər