Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Cəmilli Şakir Arif oğlunun məzarı və ailəsi ziyarət olundu!

24 noyabr 2025 | 15:12
Bu gün şəhid Cəmilli Şakir Arif oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Cəmilli Şakir Arif oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şakir Cəmilli 1992-ci il dekabrın 4-də Füzuli rayonu Araz Dilağarda kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Şakir Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vətən müharibəsi başa çatdıqdan sonra, noyabrın 23-də hərbi texnikanın aşması nəticəsində şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Əlavə olaraq qeyd edək ki, şəhidimiz Şakir Cəmilli evli idi, iki övladı yadigar qalıb.
Keçidlər