Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Əliyev Şamil Xançoban oğlunun məzarı və ailəsi ziyarət olundu!

18 oktyabr 2025 | 14:36
Bu gün şəhid Əliyev Şamil Xançoban oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Əliyev Şamil Xançoban oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şamil Əliyev 1996-cı il martın 20-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Şamil Əliyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Şamil Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaətlə savaşıb. Döyüş zamanı yaralanaraq neytral zonada qalmasına baxmayaraq özü ordan çıxmağı bacarıb. Könüllü olaraq Hospitalda yatmağı rədd edib və təkrar döyüşə qatılıb. Əliyev Şamil Xançoban oğlu 16 oktyabr Füzuli rayonu Horadiz kəndi uğurunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasınən Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Şamil Əliyev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Subay idi.
 
 
 
 
 
 
 
 
Keçidlər