Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Əliyev Sehriman Rəhman oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!

30 sentyabr 2025 | 15:55
44 günlük Vətən Müharibəsinin şəhidi Əliyev Sehriman Rəhman oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, rayonun axundu, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Əliyev Sehriman 1990-cı il aprelin 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. Hələ yeniyetmə çağlarından hərbiyə maraq bəsləyən Sehriman 2008-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini müvəffəqiyyətlə başa vuraraq, ordu sıralarından tərxis olan Sehriman bir müddət mülki işdə çalışsa da, 2016-cı ilin Aprel döyüşlərindən sonra öz işindən imtina edərək, könüllü ordu sıralarına qayıdıb, tankçı kimi Vətənin keşiyində dayanıb.
Vətən müharibəsi başlayan gündən döyüşlərdə qəhrəmanlıqla iştirak edən Sehriman düşmən cəbhəsinin yarılmasında xüsusi igidlik göstərib. Sentyabrın 29-da Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Sehriman Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi, iki övladı yadigar qalıb.
Keçidlər