Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Əliyev Xəyal Saleh oğlunun məzarı və ailəsi ziyarət olundu!

03 oktyabr 2025 | 17:17
Bu gün şəhid Əliyev Xəyal Saleh oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Əliyev Xəyal Saleh oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, rayonun axundu, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Əslən Füzuli rayonu Yağlıvənd kəndindən olan Şəhid Əliyev Xəyal Saleh oğlu 1999-cu il aprelin 25 də Beyləqan rayonun Qəhrəmanlı qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə Beyləqan rayonu Qəhrəmanlı kəndində tam orta məktəbi oxuyub. 2018-ci ilin yanvar ayından 2019-cı ilin iyul ayına kimi Prezident Qvardiyasında həqiqi hərbi xidmətdə olubdur.
Həqiq hərbi xidmətdən qayıdandan sonra Beyləqan rayonunda yerləşən N saylı kəşfiyyat briqadasında könüllü olaraq xidmətə qayıdıb. Vətən müharibəsi başlayan tarixdən döyüş əməliyyatlarında böyük şücaətlə iştirak etmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğurunda gedən döyüşlərdə böyük igidliklə savaşmışdır. İşğal altında olan torpaqlarımızın azad olunmasında xüsusi fərqlənmişdir. Xəyal Əliyev oktyabrən 02-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Xəyal Əliyev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğurunda”, "Füzulinin azad olunmasına görə", “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Əlavə olaraq qeyd edək ki, Şəhidimizin ailəsi müvəqqəti olaraq Beyləqan rayonunun, Qəhrəmanlar kəndində yaşayır.
Keçidlər