Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Hacıyev Nicat Cahangir oğlunun məzarı və ailəsi ziyarət olundu!

03 oktyabr 2025 | 14:03
Bu gün şəhid Hacıyev Nicat Cahangir oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Hacıyev Nicat Cahangir oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Nicat Hacıyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.
Azərbaycan Ordusunun əsgəri olan Nicat Hacıyev 1989-cu il mayın 25-də Füzuli şəhərində anadan olub. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərini işğal eləməsindən sonra ailəsi ilə birgə Mingəçevir şəhərində yaşamağa başlayıb. 1996-2007-ci illərdə Mingəçevir şəhərində 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Nişanlı idi.
Nicat Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Hacıyev oktyabrın 2-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nicat Hacıyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə", medalı ilə təltif edilmişdir.
Subay idi.
Əlavə olaraq qeyd edək ki, Şəhidimizin ailəsi Mingəçevir şəhərində yaşayır.
Keçidlər