Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Hüseynov Sərhəd Fərhad oğlunun məzarı və ailəsi ziyarət olundu!

29 sentyabr 2025 | 09:34
44 günlük Vətən Müharibəsinin şəhidi Hüseynov Sərhəd Fərhad oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Sərhəd Hüseynov 1996-cı il aprelin 21-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində dünyaya göz açıb. Kiçik yaşlarından hərbçi olmaq istəyən Sərhəd 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb və xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində dayanıb.
Vətən müharibəsi başlayan gündən döyüşlərə qoşulan Sərhəd Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Gərgin döyüşlərdə düşmənə ağır zərbələr endirməsində şücaəti ilə seçilib. Sentyabrın 29-da iki yaralı yoldaşını xilas edən Sərhəd, üçüncü yaralı silahdaşını atəş altından çıxararkən düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Cəsur döyüşcü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Subay idi.
Keçidlər