Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Məmmədov Fikrət Sulduz oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!

29 sentyabr 2025 | 09:37
44 günlük Vətən Müharibəsinin şəhidi Məmmədov Fikrət Sulduz oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Məmmədov Fikrət Sulduz 1982-ci il yanvarın 20-də Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. Məmmədov Fikrət tankçı idi. Qeyd edək ki, Fikrət 2016-cı ildə Lələtəpə uğrunda döyüşlərin də iştirakçısı olub. 2020-ci il sentyabrın 27-dən Qarabağın azadlığı uğrunda başlayan döyüşlərə qatılan Fikrət, Füzuli və Cəbrayıl istiqamətindəki hərbi əməliyyatlarda tankı ilə öndə gedərək erməni ordusunun müqavimətini yarıb. Cənub istiqamətində gedən döyüşlərdə onun tankı düşmən tərəfindən vurulub.Sentyabrın 28-də Fikrət şəhidlik zirvəsinə ucalaraq müharibənin ilk şəhidləri sırasına daxil olub. Füzuli rayon Kürdmahmudlu kənd qəbirstanlıqənda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Fikrət Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi. 2 oğlu yadigar qaldı.
Keçidlər