Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Məmmədov Rövlan Qurban oğlunun məzarı və ailəsi ziyarət olundu!

15 oktyabr 2025 | 15:26
Bu gün şəhid Məmmədov Rövlan Qurban oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Məmmədov Rövlan Qurban oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Birinci müavini Bağır Aslanov, RİH-nin əməkdaşları, təhsil işçiləri, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Rövlan Məmmədov 2001-ci il mayın 24-də Füzulidə anadan olub. Xətai rayon 194 nömrəli tam orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Uğurlu xidmətinə əsasən Xüsusi Təyinatlı Qüvvələrə seçilib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Rövlan Məmmədov Füzuli, Cəbrayıl, Kəlbəcər döyüşlərində böyük şücaətlə savaşmışdır. Rövlan 15 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Rövlan Məmmədov I Zabrat qəbristanlığında torpağa tapşırılmışdır. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Rövlan Məmmədova ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,
“Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Keçidlər