”Xocalı faciəsini unutmadıq!” adlı dəyirmi masa keçirildi!
Füzuli rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş ”Xocalı faciəsini unutmadıq” adlı dəyirmi masa keçirildi. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, RİH-nin əməkdaşları, şəhid ailələri və qazilər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, hazırda bu istiqamətdə ölkə rəhbərliyi və Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyindən, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən bəhs etdi. Xocalı faciəsinin Azərbaycan tarixində silinməz qan yaddaşı olduğunu diqqətə çatdıran Alı Alıyev, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın, eləcədə Xocalının işğaldan azad edilməsinin, bu gün Xocalıya xocalıların qayıtmasının xalqımız üçün böyük təsəlli və qürur mənbəyi olduğunu bir daha vurğuladı.
Daha sonra şəhid anası Rəfiqə Novruzova və Vətən müharibəsi iştirakçısı Anar Azadov çıxış etdilər.
Sonda “Xocalı qan yaddaşımız” adlı videoçarx izlənildi.