Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Füzuli rayonunda anım tədbiri keçirildi!

26 fevral 2025 | 16:11

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilarların kollektivləri, şəhid ailələri, qazilər, hərbiçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər. Faciə qurbanlarının xatirəsini anmaq məqsədi ilə Horadiz şəhərində yerləşən “Xocalı” abidə kompleksi həzin musiqi sədaları altında ziyarət olundu, şəhidlərin ruhuna dərin ehtiram əlaməti olaraq abidə önünə tər qərənfillər düzüldü.

Keçidlər