Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirildi!

26 fevral 2024 | 17:58
    Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Füzuli RİH başçısı AlıAlıyev, YAP Füzuli rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Horadiz şəhərində yerləşən, Xocalı şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etdilər.
    Əvvəlcə bütün şəhidlərin, eləcə də günahsız Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra ziyarətçilər abidə önünə tər çiçəklər düzərək Xocalı şəhidlərinin xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.

Saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu !

 
Keçidlər