Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı olaraq ”Xocalı faciəsini unutmadıq” adlı dəyirmi masa keçirildi!
25 fevral 2026 | 15:18
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş ”Xocalı faciəsini unutmadıq” adlı dəyirmi masa keçirildi. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli və Xocavənd rayonları üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuıi Rayon Komitəsinin sədri Gülnaz Kərimova, Füzuli rayon Gənclər Evinin direktoru Seyfəddin Maqsudov.Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları, RİH-nin əməkdaşları, şəhid ailələri və qazilər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra “Xocalı faciəsini unutmarıq” adlı videoçarx izlənildi.
Sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, hazırda bu istiqamətdə ölkə rəhbərliyi və Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğuladı. Alı Alıyev, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın, eləcədə Xocalının işğaldan azad edilməsinin, bu gün Xocalıya xocalıların qayıtmasının xalqımız üçün böyük təsəlli və qürur mənbəyi olduğunu bir daha diqqətə çatdırdı.
Daha sonra çıxış edən şəhid ataları Əfsər Qurbanov və Qulu Quliyev, Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli və Xocavənd rayonları üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova, Füzuli rayon Gənclər Evinin direktoru Seyfəddin Maqsudov “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən bəhs edərək Xocalı faciəsinin Azərbaycan tarixində silinməz qan yaddaşı olduğunu bir daha diqqətə çatdırdılar.






